Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Qoyun cəsədi üzərində eksperiment aparılıb” – “Nərmin işi”

6 oktyabr / 12:12 2 dəq
Nərmin
6 oktyabr / 12:12
Burada sizin reklamınız ola bilər

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, 4 oktyabrda Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiqi mərhələsi aparılır.

Bugünkü iclasda müdafiə tərəfi İlkin Süleymanovun tibbi ekspertizasını, həmçinin Nərmin Süleymanovanın üzərində təqsirləndirilən şəxsə aid olduğu iddia olunan liflərlə bağlı rəy verən ekspertlərin məhkəmədə dindirilməli olduqlarını deyiblər:

“Bundan əvvəl də həmin ekspertlərin məhkəmədə ifadə verməli olduqları barədə vəsatət vermişdik. Rəy vermək üçün istintaq orqanı ilə ekspertlər arasında çoxsaylı dialoqlar olub, indi gəlib sualları cavablandırsınıar”, – deyə vəkil Əlibaba Rzayev deyib.

Vəkil, həmçinin aşkar edilmiş meyitin Nərminə aid olması ilə bağlı da şübhələr olduğunu bildirib: “Burada əsas arqumentlərdən biri yanmış meyitin boyu ilə Nərminin boyunun ziddiyyətli olmasıdır. Aşkar edilən meyitin boyu 1.41-1.42 santimetrdir. Amma istintaq orqanı Nərminin boyunun maksimum 1.20 santimetr olmasını müəyyən edib. Ekspertiza aparan həkim meyitin boyunu dəqiq müəyyənləşdirməli idi”.

Qeyd olunub ki, iş materiallarında başqa bir məqam isə Nərmin Süleymanovun meyitinin yanma vaxtını, alovun hündürlüyünü müəyyən etmək üçün qoyun cəsədi üzərində eksperiment aparılması olub. İlkin Süleymanovun vəkilləri Əlibaba Rzayev və Zabil Qəhrəmanov sözügedən eksperimentin yanlış olduğunu deyiblər: “İnsanla qoyunun yanma prosesi eyni ola bilməz axı. Bunun mümkünlüyünü yoxlamaq üçün ən azı mütəxəssislərə müraciət edilməli idi. Görüntü yaratmaq üçün belə şey etmək olmaz. Özləri üçün eksperiment aparıblar, nəticəsi barədə də məlumat verməyiblər”.

Proses davam etdiriləcək.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı