Bölgə xəbərləri

Bölgələrdə insan alveri qurbanları üçün sığınacaqların yaradılması ilə bağlı təkliflər verilib

4 oktyabr / 12:02 1 dəq
98220eec 3549 35da 9847 ee1a67a31044
4 oktyabr / 12:02
Burada sizin reklamınız ola bilər

Azərbaycanın bölgə və ucqar rayonlarda insan alveri qurbanları üçün sığınacaqların yaradılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verilib.

“Qərb Xəbər” “Report”a istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib.

O bildirib ki, sığıncaqların çoxu Bakıda olduğundan regionlarda da QHT və dövlət qurumlarının köməkliyi ilə sığınacaqlar yaradılması arzuolunandır: “Daxili İşlər Nazirliyinin də insan alveri qurbanları üçün sığınacaları mövcuddur. Lakin sığınacaqlarımız sırf cinayət törədən, cinayət nəticəsinin qurbanlarına aiddir. Digər əməkdaşlıq etdiyimiz qurumlardan da bizə müraciətlər də daxil olur. Köməklik məqsədi ilə qurbanların saxlamasına köməklik edirik. Lakin regionlarda və ucqar rayonlara sığınacaqlar olmalıdır. Məncə, bu məsələ çox aktualdır. Maraqlı olan qurumlar bu məsələyə yenidən baxsa, pis olmaz”.

Paylaş
Burada sizin reklamınız ola bilər