Azərbaycan ordusu şəhid verib
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozub.
İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.



