Bölgə xəbərləri

Tovuzda elit toxumların səyyar satışına başlanılıb

26 sentyabr / 17:20 2 dəq
66c24f19 f155 3499 bad5 da79791ca90d
26 sentyabr / 17:20
Burada sizin reklamınız ola bilər

Payız əkini mövsümü ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Fondu tərəfindən fermerlərin və təsərrüfat sahiblərinin toxuma olan tələbatını sərfəli qiymətlərlə təmin etmək məqsədilə bölgələrdə səyyar xidmətlər aparılır.

Bu barədə “Qərb Xəbər” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Daxil olan müraciətlərə əsasən hər gün müxtəlif qruplar olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmətlər göstərilir. Bu mövsümdə regionlar üzrə keçirilən səyyar satışa ilk olaraq Qobustan, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Tovuz, Quba, Qusar, Xaçmaz, Şabran rayonlarındakı ucqar kəndlərdən start verilib.

Səyyar satış zamanı fermerlər həm nağd həm də “Fermer kartı”nı təqdim etməklə elit toxumlar əldə edirlər. Fermerlərə Fond tərəfindən maarifləndirici məlumatlar paylanılır, aqronom məsləhətləri verilir.

Bildirək ki, fermerlər səyyar satışla yanaşı Dövlət Toxum Fondunun Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında fəaliyyət göstərən toxum emalı zavodlarında da elit toxumlar əldə edə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər