Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Asif Nərmanlının sözlərinə görə, Rusiya Dumasının sədrinin səfəri mən bildiyim qədəri əvvəldəndə planlaşdırılmışdı.Xüsusən bilirk ki, regional ölkələrin o cümlədəndə Azərbaycan Rusiya münasibətlərində bir çox hərbi və siyasi istiqamətlər üzrə fəaliyyətlər göstərir. Bilirik ki, Xarici İşlər Nazirlikləri arasında məyyən əlaqələr olur, o cümlədəndə parlamentlər arası əlaqələrdə bu prosesdə aktiv iştirak edir. Yəni Rusiya MDB məkanlarında öz siyasətinin tərkib hissəsində dövlət duması parlamentlərlə daha sıx əlaqələr yaradıb.Rusiya üçün bu siyasi qərarlığın daha çox həmin ölkənin ictimai rəyinə təsir etmək baxımından da önəmlidir. Onların müəyyən bir xaişləri ola bilər, müəyyən bir məsələləri müzakirə edə bilərlər. Görüşdə həmçinin rusiyaya qarşı aqressiyaların olmamasınıda müzakirə edə bilərlər.
A.Nərmanlı həmçinin qeyd edib ki, Rusiya Ukraynada aparılan müharibə haqqında mənfi rəyin formalaşmasını istəyir:” Yəni əvvəldən də çalışdıqları budur. Təbiki buda mümkün deyil. Çünki, bir ölkə başqa bir ölkənin ərazi bütövlüyünü pozur. Amma müəyyən bir MDB ölkələrində müharibənin ilk dövründən Ukraynanın Rusiyaya qarşı aqresiyası daha çox idi.
2020-ci ildəki görüşdən sonra Azərbaycanda 2ci Qarabağ müharibəsi başladı. Ermənistan təxribat törətdi və Azərbaycan cavab atəşi açdı. Bu nəticəylədə 30 illik işğala son qoyuldu. Qeyd edim ki, son sərhəd döyüşləridə buna sübut olaraq göstərdiki artıq Ermənistanla danışmağın başqa yolu yoxdur. Burada biz Ermənistan dövlətinin atdığı addımlara baxmalıyıq, yəni Ermənistan tərəfinin əsas niyyəti üçtərəfli razılaşmaların icrasını arxa plana keçirməkdir. Yəni burada söhbət Rusiyanın vasitəsi ilə əldəedilmiş razılaşmalardan gedir. Burada ermənistanın məqsədi odurki həm Qarabağın gələcəkdə müəyyən bir status ideası qalxsın. Xüsusilə də komunikasiyanın açılması məsələsində Zəngəzur yolunun məntəqəsini açmağa çalışır. Yəni orada özünün postlarını qorumaq istəyir. Buda 10 noyabr bəyamnaməsinin 9-cu bəndinə ziddir. Həmçinin Ermənistan tərəfi 10 noyabr razılaşmasını arxa plana keçirməklə məslələri uzatmağa çalışır. Bu konteksdə də biz qərbin xüsusi ilədə Amerkanın son vaxtlar cənubi qafqazda aktivliyinə baxanda görə bilərik ki Amerika yeni bir ekskavasiyanın (boşluq) yaranmasında maraqlıdır. Hansıki son yaranan ekskavasiyanıda bu prossə daxil edə bilərik. Dediyim kimi belə bir ekskavasiya Ermənistana sərf etdiyi kimi razılaşmalar arxa plana keçsin. Belə olması qərbədə sərf edir çünki söhbət rusiyanın vasitəsi ilə əldə edilmiş razılaşmalardan gedir. Bu razılaşmaların arxa plana keçməsi yeni gündəm formalaşdırır. Biz bu konteksdən yanaşdıqda bu son prosesləri bu çür analiz edirik. Təbii ki, rusiya dövlət dumasının sədrinin Bakıya səfərində Qərbin Cənubi qafqazda faşistlərin müdafiəsinində rol oynadığını deyə bilərik.
Sonda Asif Nərmanli qeyd edib ki, 2020-ci ildəki səfərin sırf müharibənin başlamasına səbəb kimi göstərə bilmərik:” Çünki, parlamentlər arası əlaqələr iki tərəfli münasibətlərə təsir edə bilər. Lakin bu cür məsələləri daha çox siyasi, hərbi siferaların müzakirə mövzusudur”.
Ülviyyə Həsənli.
Qərb Xəbər.