Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Yeganə Göyüşlü: ADA-tarix üzərinə tarix yazır

25 sentyabr / 23:51 3 dəq
137367711 407299953673391 4934728779021229173 n
25 sentyabr / 23:51
Burada sizin reklamınız ola bilər
ADA tarix üzərinə tarix yazır !!
 Qazaxın ən qədim küçəsi. Bütün evlərin qırmızı kərpicdən tikildiyi, bir çoxunun dövrünün zəngin bəylərinə məxsus olan ikimərtəbəli mülklərin olduğu küçə. Qazax şəhərində sovetlərin əlindən qurtulub salamat qalan yeganə Qazax cümə məscidinin, İsrafil ağanın evinin və onun şərq memarlığı üslubunda tikilmiş hamamının olduğu meydanda Məşədi İbrahimin ikimərtəbəli mülkü. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Qoridən Qazaxa köçən Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazax Müəllimlər Seminariyası kimi fəaliyyətə başladığı bina. Məbədlərin olduğu yerdə məbədə çevrilən məkan. Təhsil məbədi. Qazaxlı comərd bəylərdən olan Məşədi İbrahimin təhsilə ərmağan etdiyi mülk. Öğlunun şərəfinə bütün övladların ixtiyarına bağışladığı ikimərtəbəli bəy evi. İçərisində əbədi işıq yanan məbəd!
  Demə, mülklərin, binaların da taleyi insanların taleyinə bənzəyirmiş. İnsan oğlu dünyaya gəlir və Uca Yaradan tərəfindən hər kəsin öz həyat missiyası yazılır. İnsan oğlu ev tikir, amma gör ki, onun taleyinə ziya və nur məbədi olmaq nəsib olur. Ona işıq missiyası verilir, taleyinə tarixilik və əbədiyyət yazılır. Onun təməlini, himini xoş niyyətli, uğurlu bir əl qoymuş. Eyni insan kimi, harada , hansı yaşda olmasına baxmayaraq insan öz tale rolunu ifa etdiyi kimi, bu bina da 1918-ci ildən başlayaraq öz məktəb fuksiyasını davam etdirir. Zamanın axınında bu qırmızı donlu Gözəlin üzünə suvaq çəkilir, libası köhnəlir, cavanlıq təravəti itir, amma qiymətli bir mücəvhər, inci kimi dəyərini itirmir. İlahinin hikmətinə bax ki, köksündən minlərlə övlada nur verən bu Gözəl , nurlu insanların əlinə düşür, ona yeni həyat verilir. Şux və olduqca qiymətli bir libas geydirilir, tutulmuş çöhrəsi açılır, işığını itirməkdə olan solğun gözləri yenidən parlayır. Yaşının tarixiliyi onu dəyərli edir, simasının müasirliyi onu füsunkar edir. Bu Gözəl vəhdət sərgiləyir! Bu Gözələ milyonlar aşiq! BU Gözəl şəfəq saçır! Millətin yolunu, gələcəyini aydınladır. Dünən də, bugün də və sabah da! Bu şəfəqə, nura milyonlar möhtac!
 Bu Gözəlin yeni bir imzası var: “ADA QAZAX MƏRKƏZİ” Onun tarixinə yeni bir səhifə açılır.Bu tarixi ADA yazır. ADA tarix üzərinə tarix yazır!
Yeganə Göyüşlü.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı