Bölgə xəbərləri

Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edib

23 sentyabr / 17:15 1 dəq
D6510743 2640 361f 9798 7ac0e86952b7
23 sentyabr / 17:15
Burada sizin reklamınız ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Qazax rayonunda vətəndaşları qəbul edib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər