Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Qızılca ilə bağlı risk qrupunda olanlar açıqlanıb

1 dekabr / 15:00 2 dəq
6568773ba207c6568773ba207d17013450836568773ba20786568773ba207a
1 dekabr / 15:00
Burada sizin reklamınız ola bilər

Beş yaşına qədər uşaqlar, 20 yaşdan yuxarı şəxslər risk qrupuna daxil olanlardır.

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, ağırlaşmalar daha çox bu qrupa aid olanlarda müşahidə edilir: “Qızılcaya yoluxma müşahidə edildiyi zaman mütləq həkimə müraciət etmək, ağırlaşma olduğu hallarda stasionar müalicəyə başlamaq lazımdır”.

Turan İbrahimova deyib ki, son dövrlərdə qızılcaya yoluxma halında artım təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir: “Son dövrlərdə qızılcaya yoluxmada artımın müşahidə edilməsinə səbəb COVID-19 pandemiyası dövründə uşaqların qızılcaya qarşı peyvəndləmədən kənarda qalmalarıdır”.

O deyib ki, peyvənddən öncə həkim konsultasiyası olmalıdır:

“Vaksinasiya otaqlarında təkmilləşdirmə işləri aparılıb, “soyuq zəncir” sisteminin gücləndirilməsinə nəzarət edilir. Peyvəndlər konsultasiyadan sonra ağırlaşma halları olmayacağı təqdirdə vurulur”.

“Peyvəndin istehsal olunduğu ölkəyə yox, onun gətirilmə qaydasına, saxlanma şəraitinə baxmaq lazımdır. Bununla bağlı bütün tələblərə əməl edilir. Qızılcaya qarşı peyvənd hamilələr, immuniteti ilə bağlı xəstəlikləri ağır keçirən şəxslər, peyvəndin hansısa komponentinə qarşı yüksək allergik reaksiya varsa, bu şəxslər üçün əks göstərişdir”, – deyə o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı