Bölgə xəbərləri

Tovuzda azyaşlıya qarşı seksual hərəkətlər etmiş şəxs həbs olunub

26 avqust / 13:34 1 dəq
Hebs
26 avqust / 13:34
Burada sizin reklamınız ola bilər

Tovuzda azyaşlıya qarşı seksual hərəkətlər etmiş şəxs həbs olunub. 

“Qərb Xəbər” bu barədə Baş Prokurorluğa istinadən məlumat verir.

“Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə  (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Paylaş
Burada sizin reklamınız ola bilər