Dünya

Aİ: Trampın əleyhinə ticarət sazişlərinin bağlanmasına dair çağırış edilib

5 aprel / 10:58 1 dəq
67f0a8e025c6c67f0a8e025c6d174382512067f0a8e025c6a67f0a8e025c6b
5 aprel / 10:58
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı ABŞ-la ticarət qarşıdurmasında maraqlarını bərabər əsaslarla qorumağa hazırdır.

Qerbxeber.com xəbər verir ki, bu fikri Avropa Xalq Partiyasının sədri Manfred Veber “Funke” media qrupuna müsahibəsində səsləndirib.

O, ABŞ Prezidenti Donald Trampın yeni gömrük rüsumları tətbiq etməsini “böyük bir səhv” kimi dəyərləndirib.

Veber 2 aprel 2024-cü ili Trampın qərarına görə “qara gün” adlandırıb və bildirib ki, Avropa İttifaqı iqtisadi gücü ilə bu addımlara cavab vermək imkanına malikdir.

O, Cənubi Amerika ölkələrindən ibarət “MERCOSUR” bloku və Hindistanla ticarət razılaşmalarının tezliklə bağlanmasının vacibliyini vurğulayaraq bu sazişləri “anti-Tramp tədbirləri” adlandırıb.

Bununla yanaşı, siyasətçi Çinlə əməkdaşlığın artırılmasına ehtiyatla yanaşılmalı olduğunu bildirib və qeyd edib ki, Pekin dünya ticarətində ABŞ-ın yerini tutmamalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər