Dünya

Aİ rəsmisi Ankarada Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

12 mart / 14:42 2 dəq
67d15ff39cd3567d15ff39cd36174177483567d15ff39cd3367d15ff39cd34
12 mart / 14:42
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Cənubi Qafqazla bağlı müzakirələr aparıb.

Qerbxeber.com xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.

Maqdalena Qrono Ankaraya səfərini müsbət qiymətləndirib.

“Ankara səfərini müsbət yekunlaşdırdıq. Cənubi Qafqaz və regional mövzular, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Gürcüstandakı münaqişə ilə bağlı problemlər və Türkiyə-Ermənistanın normallaşması ilə bağlı açıq və konstruktiv mübadilələrə görə Türkiyədəki həmkarlarına minnətdaram”, – diplomat vurğulayıb.

O bildirib ki, səfər çərçivəsində həmçinin Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda verə biləcək əlaqə və regional əməkdaşlıq imkanları müzakirə edilib: “Artan qlobal çağırışlar kontekstində regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə doğru irəliləyiş üçün səyləri ikiqat artırmaq vacibdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər