Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
“Qərb Xəbər”xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər avqustun 24-də baş tutacaq.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı