Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İran PUA-ları Rusiyaya nə qədər kömək edəcək? – Hərbi ekspert

28 iyul / 16:32 4 dəq
Shahed 129 UAV
28 iyul / 16:32
Burada sizin reklamınız ola bilər

Ötən həftə Rusiya teleqram kanalları bildirdilər ki, İran artıq Rusiyanı “Shahed 129” zərbə və kəşfiyyat PUA-ları ilə təmin edib.

İran pilotsuz təyyarələrinin bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Gələcəkdə hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır.

Yüklərin əsasını “Shahed 129” döyüş dronlarının təşkil etdiyi məlumdur. Onun hazırlanması zamanı İsrailin “Hermes 450” pilotsuz təyyarəsi və Amerikanın “MQ-1 Predatoru” əsas götürülüb.

Məsələni “Qərb Xəbər“ə dəyərləndirən hərbi ekspert Ramil Məmmədlinin fikirinə görə, İrandan alınan bu silahlar döyüş əməliyyatlarında Rusiyanın üstünlüyü baxımından əhəmiyyətli dərəcədə dəyişiklik yaradacaq:

1602244979_ramilmemmedli

“Rusiya – Ukrayna müharibəsinin ilk günündən Ukrayna tərəfi rus mövqelərinin, silah və texnikalarının məhv olunmasında Türkiyə istehsalı olan “Bayraktar TB2” silahlı, pilotsuz uçuş aparatının böyük rolu olub. Bu da rus ordusu üçün ciddi problemlər yaradırdı. Rusiyanın yüksək rütbəli hərbiçiləri və bir çox texnikaları məhz Baryaktar TB2 tərəfindən sıradan çıxarılıb. Rusiyanın bu Pua-lardan qorunmaq üçün alternativ sistemlərə ehtiyacı vardı.

Bunun üçün isə yeni pilotsuz uçuş aparatının əldə olunması lazım idi. Rusiya pua istehsalı sahəsində müəyyən uğurlar əldə edib. Lakin, “Bayraktar TB2″ ilə eyni effektə malik silahlı uçuş sistemlərinin sürətli istehsalı ilə bağlı problemləri movcud idi. Buna baxmayaraq İran müdafiə sənayesi uzun illərdir müəyyən layihələr icra edir. İran istehsalı olan “Shahed 129” silahlı puası Rusiya üçün ən uyğun seçim idi.

İran və Rusiyanın müttəfiq olmaları bu məsələdə böyük əhəmiyyət kəsb edirdi. İrandan satınalma reallaşdı. Rusiya isə Ukrayna ordusunun dərinlikdə yerləşən mövqelərini sıradan çıxartmaq üçün çox vacib bir silah əldə etmiş oldu”.

“Bu gün müharibənin taktikası və qaydaları dəyişib. Ona görə də bu tipli texnologiyalardan istifadə zəruri hala çevrilib” – deyə ekspert bildirib.

“Strateji baxımdan Rusiyanın mövqe üstünlüyü mövcuddur. Rus ordusu Xarkov daxil olmaqla bir neçə şəhərdə mövqe üstünlüyü əldə edib. Əsas məqsəd Xarkovu ələ keçirməklə mərkəz istiqamətdə irəliləmək idi. Ukrayna isə son 1 ayda taktiki gedişlər etməklə bir sıra istiqamətə mühüm mövqelər ələ keçirdi. Bu xüsusən də, Xerson şəhərində mövqelər idi. Bu taktiki gedişlər strateji olaraq hesablanmalıdır”.

Hərbi ekspert əlavə edib ki, hələ müharibənin taleyini dəyişən hər hansı ciddi əməliyyat görmürük: “2020-ci il Vətən müharibəsində Azərbaycan ordusunun müharibənin taleyini dəyişən strateji addımı oldu. Bu Hadrud və Cəbrayıl istiqamətində uğurlu əməliyyatı idi. Bundan sonra Ermənistan ordusu 2 cəbhəyə ayrıldı”.

Ramil Məmmədli düşünür ki, Ukrayna da buna bənzər addım atmaqla üstünlüyü ələ keçirə bilər.

RAhib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı