Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Sarkisyan-Koçaryan birliyi işə yaramadı-İmpiçment planı baş tutmadı

1 oktyabr / 10:59 2 dəq
Serkisyan koceryan
1 oktyabr / 10:59
Burada sizin reklamınız ola bilər

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan və komandası Baş nazir Nikol Paşinyana qarşı impiçment planını həyata keçirə bilmir.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Aylardır impiçmentlə bağlı nağara çalan və (Robert Köçəryanın) “Ermənistan” blokunun bu təşəbbüsə qoşulmamasını Paşinyanın vəzifəsindən kənarlaşdırılmasına yeganə maneə hesab edən Serj Sərkisyanın komandası bir neçə gün əvvəl istədiyi imzaları ala bildi, amma o vaxtdan bu addımla bağlı heç bir məlumat yoxdur.

Məsələ burasındadır ki, “Şərəfim var” blokunun impiçment layihəsini parlamentdə dövriyyəyə buraxmaq üçün 36 imzası belə yoxdur. İki müxalifət fraksiyasının birlikdə 34 imzası var”, – nəşr bildirib.

“Hraparak”ın məlumatına görə, son günlər “Şərəfim var” fraksiyasının baş nazir namizədi Davit Ambarsumyan hakim partiyadan ayrılaraq MAS Partiyasını yaradan müstəqil deputatlar Ovik Ağazaryan və Akop Aslanyanı onların imzalarını almağa inandırmağa çalışır:

“Məsələnin parlamentdə müzakirəyə çıxarılması üçün ən azı 36 imza toplanmalıdır, qəbul olunması üçün 54 deputat onun lehinə səs verməlidir. Bu isə hakim fraksiyadan dəstək olmadan mümkün deyil.

Srağagün Davit Ambarsumyan və Ağazaryan yenidən İrəvandakı kafelərin birində görüntülənib, amma Ağazaryan bir millimetr də mövqeyindən əl çəkməyib”.

Ovik Ağazaryan və Akop Aslanyan hökumətin keçmiş xüsusi nümayəndəsi Edmon Marukyanın namizədliyini irəli sürüb. Sərkisyanın komandası isə Marukyanı “İkincio Nikol” adlandıraraq, bu təklifdən imtina edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı