Ümumdünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.
Bu barədə məlumatı təşkilat yayıb.
Bildirilib ki, hazırda 58 ölkədə sözügedən xəstəliyə yoluxma qeydə alınıb. Dünya üzrə ümumilikdə yoluxanların sayı isə 3417 nəfər təşkil edir. Qeyd olunub ki, infeksiyanın yayılma tempi hər həftə daha da artır.
Bu barədə “Qərb Xəbər”ə danışan infeksionist-hepatoloq Mərdan Əliyevin sözlərinə görə xəstəliyin gen xəritəsi çıxarılıb və müalicəsi var:“Pandemiya nə deməkdir- yəni bir xəstəlik artıq dünyanın müxtəlif yerlərində müxtəlif ölkələrdə varsa bu pandemiya sayılır. meymun çiçəyini hər ehtimala pandemiya elan ediblər ki, meymun çiçəyinə qarşı mübarizə tədbirləri yetəri qədər kifayət qədər aparıla bilinsin. Və ölkələr Ümumdünya səhiyyə təşkilatı tərəfindən bunu bir siqnal kimi dəyərləndirirlər vəya adlandirirlar.
Göründüyü kimi bu xəstəlik neçə aydır ki, Avropaya gəlib amma çox surətlə yoluxma qeydə alınmayıb. Bu xəstəlik korona virusdan çox fərqlidir. Karona virus yeni bir virus idi. Meymun çiçəyi 50-ci illərdə tapılan bir virusdur. Bu virus öyrənilibdir vaksini var, dərmanı var ona görə o qədər də narahat olmağa dəyməz”
Ülviyyə Həsənova