Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Politoloq: 1 iyul tarixində alternativ Laçın dəhlizinin açılışı reallaşacaq

21 iyun / 17:29 3 dəq
14767
21 iyun / 17:29
Burada sizin reklamınız ola bilər

Son vaxtlar Laçın və Kəlbəcərdə aktivlik müşahidə edilir. Belə ki, iyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri intensiv atəşə tutub.

Bundan başqa iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı  “Qərb Xəbərə politoloq Ramil Məmmədli  danışıb. Onun sözlərinə görə, 1 iyul tarixində alternativ Laçın dəhlizinin açılışı reallaşacaq. “Yeni yolun açılması o deməkdir ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın şəhəri və ətraf ərazilər birbaşa Azərbaycanın nəzarətinə keçəcək. Bu da Ermənistan tərəfini ciddi narahat edir. Hətta, bununla bağlı təxribat xarakterli fikirlərin səsləndirilməsinin də şahidi oluruq”.

1598437062540325292_1200x630

Politoloq əlavə edib ki, ümumilikdə isə həm Kəlbəcər, həm də Laçın istiqamətində təxribatların baş verməsi birbaşa Ermənistan dövlətinin tapşırığı nəticəsində baş verir.

“Ermənistan belə düşünür ki, bölgədə nə qədər təxribat baş verərsə, qarşıdurma olarsa bu münaqişəyə beynalxalq ictimaətin baxış imkanları dahada  da artacaq. Azərbaycan tərəfi belə halların qarşısını alınması üçün siyasi iradə nümayiş etməlidir. Əgər, siyasi iradə göstərilməzsə, Qarabağda yeni münaqişə ocağının yaranmasına imkan yaradacaq. Bu proseslər bir dəfəlik öz həllini tapmalıdır ki, gələcək  nəsillər bu problemdən əziyyət çəkməsin”.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı