Bölgə xəbərləri

Şəmkir rayon sakini doğuşdan iki gün sonra ölüb

21 iyun / 12:21 1 dəq
62b0bbad2e03062b0bbad2e0311655749549174b253c3363437902ee8d7a2f377c75
21 iyun / 12:21
Burada sizin reklamınız ola bilər

Gəncədə ana doğuşdan sonra ölüb.

“Qərb Xəbər” APA”ya istinadən məlumat verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki Şəmkir rayon Mahmudlu kənd sakini 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətirilib. Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib.

37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu qadının ikinci doğuşu olub.

Ölümün başvermə səbəbləri araşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər