Ağstafa

Ağstafa idman məktəbinin yetirmələri güləş üzrə Avropa çempionu olublar.

20 iyun / 11:19 1 dəq
F7872328a748393031dc61da6a5ce373
20 iyun / 11:19
Burada sizin reklamınız ola bilər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərbəst güləş üzrə qitə birinciliyində tarixi uğura imza ataraq Avropa çempionu olan millimizin iki üzvü İsayev İlyas (65 kq) və Yusif Dursunov (110 kq) Ağstafa Uşaq-gənclər idman məktəbinin yetirmələridir.

“Qərb Xəbər” bildirir ki, Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.

Azərbaycan yığması bu nəticələrlə 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, cari qitə birinciliyində Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər