Bölgə xəbərləri

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

28 may / 13:39 2 dəq
Fc18b76f f6f3 309a b119 e46bd5f4097e
28 may / 13:39
Burada sizin reklamınız ola bilər

28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə silsilə tədbirlər keçirilib.

Bu barədə “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bildirilib ki, tədbirlər çərçivəsində hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, eləcə də sənədli və bədii filmlər nümayiş olunub.

Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycanın Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları və tarixi muzeylər ziyarət edilib.

Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub, xüsusilə ön xətt bölmələrində səyyar-təşviqat qrupları fəaliyyət göstərib.

Paylaş
Burada sizin reklamınız ola bilər