Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Təhsil naziri Tovuzda STEAM Mərkəzinin açılışında iştirak edib

21 aprel / 16:25 2 dəq
03 21.04.22
21 aprel / 16:25
Burada sizin reklamınız ola bilər

Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Tovuz rayonuna səfər edib. 

‘Qərb Xəbər” məluma verir ki, səfər çərçivəsində Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində iştirak edən qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, STEAM Mərkəzində təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, VR, mühəndislik, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var.

Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500-ə yaxın şagird və tələbənin Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.

Əlavə edilib ki, Tovuz rayonu üzrə hazırda 3 məktəbdə STEAM layihəsi tətbiq edilir. Layihə rayon üzrə ümumilikdə 240 şagirdi əhatə edir.

Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.

2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı