“Qərb Xəbər”in araşdırmasına görə, bu şəhər saatlarından etibarən Ukraynanın Donetsk və Luqansk bölgəsində iriçaplı silahlardan və artilleriyadan atəş açılıb. Qarşı tərəflər bir-birlərini ittiham ediblər. Ukrayna bildirib ki, separatçılar uşaq baxçasını atəşə tutub. Luqansk separatçıları isə deyir ki, Ukrayna ağır artilleriyadan atəş açır, qaz kəməri zərər görüb. Hazırda Donetsk bölgəsində atəş səsləri eşidilir.
Ukrayna prezidenti Zelensk Donbassa yola düşüb. O, səhər saatlarında isə Azovdakı hərbi gəmilərdə olub. Kreml sözçüsü Peskov bildirib ki, vəziyyət alovlana bilər, sərhəddə gərginləşmə var.
ATƏT sabah Rusiya-Ukrayna məsələsinə görə təcili toplanır. Atəş açılmasından sonra Zelenski Aİ sədri ilə təcili telefon əlaqəsi qurub. NATO isə bəyan edib ki, Ukraynanın yanındayıq. Hələlik itkilərin olması ilə bağlı rəsmi açıqlama yoxdur. (Meydan TV)