Dünya

Rusiya Gürcüstana yerləşdirdiyi qoşunların bir hissəsini Ukraynaya göndərir

1 aprel / 15:00 1 dəq
Herbi kolon
1 aprel / 15:00
Burada sizin reklamınız ola bilər

Rusiya Ukraynaya müdaxiləsini gücləndirmək üçün qüvvələrinin bir hissəsini Gürcüstandan çıxarır.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, üç batalyon taktiki qrupun tərkibində 1200-dən 2000-ə qədər rus döyüşçü var.

“Rusiyanın bu şəkildə əlavə qüvvələr yaratmağı planlaşdırması ehtimalı çox azdır və bu, onun işğal zamanı məruz qaldığı gözlənilməz itkilərdən xəbər verir”, – deyə Britaniya kəşfiyyatının hesabatında qeyd edilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya xüsusilə Cənub Hərbi Dairəsinə daxil olan 4-cü (Tsxinvali bölgəsi, Cənubi Osetiya) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələrindən 2000-ə yaxın hərbçi göndərib. / UNİAN

 

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər