Dünya

Çavuşoğlu: “Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyirik”

16 mart / 17:11 1 dəq
Lavrov çavuşoğluu
16 mart / 17:11
Burada sizin reklamınız ola bilər

Türkiyə olaraq Ukraynada atəşkəsin əldə edilməsi üçün öhdəmizə düşəni etdik və edirik.

 

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsinə dair birgə mətbuat konfransı zamanı deyib.

O təəssüflə qeyd edib ki, dağıntı, ölümlər və insan faciələri davam edir.

“Bu təhlükəli prosesləri dayandırmaq üçün çağırışlarımızı davam etdiririk. Hər birimizin məqsədi eynidir – müharibə dayandırılmalı, insanlar ölməməlidir. Ukraynada axan qanın dayandırılması lazımdır. Müharibədə qazanan olmaz, sülhdən isə uduzan olmaz”.

O əlavə edib ki, Türkiyə Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir, nəticə verəcəyinə ümid edir.

Paylaş
Burada sizin reklamınız ola bilər