Lavrov Kuleba ilə yeni görüşü istisna etmir
“Ukraynalı həmkarım Dmitri Kuleba ilə yeni görüşüm Ukrayna tərəfinin istəyindən asılıdır”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əsas olan Kiyevin Belarus vasitəsilə həyata keçirilən dialoq prosesini zəiflətməyə çalışmamasıdır.
Xatırladaq ki, martın 10-u Türkiyədə Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.




