Sosial

Sanksiyalarla üzləşən Moskva Bakıya üz tutdu: Rusiya Azərbaycandan çeşidli məhsullar alacaq – Baş nazirin müavini açıqladı

15 mart / 13:01 1 dəq
Erzaq bahalasibb azvision
15 mart / 13:01
Burada sizin reklamınız ola bilər

“Qərbin sanksiyaları səbəbindən Rusiyada ərzaq çatışmazlığı riski yoxdur, Moskva dost ölkələrdən tədarükləri genişləndirir”.

 

“Qərb Xəbər”  məlumat verir ki,  bu sözləri Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Baş nazirin müavini vurğulayıb ki, sanksiyalar Rusiyada aqrar-sənaye bazarının təcrid olunmasına gətirib çıxarmayacaq.

“Dünya təkcə ABŞ və Avropa İttifaqı ilə məhdudlaşmır. Rusiya yeni bazarlar açır və yeni təchizatçılarla müqavilələr bağlayır”, – deyə Abramçenko bildirib.

Onun sözlərinə görə, son ay yarım ərzində “Rosselxoznadzor” 140-dan çox xarici müəssisənin, o cümlədən Türkiyə, Hindistan, Çin, Belarus, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan məhsulların Rusiyaya idxalına icazə verib. Söhbət süd və ət məhsullarının, yem və əlavələrin, balıq məhsulları və damazlıq ehtiyatı, həmçinin inkubator yumurtalarının tədarükündən gedir.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər