Dünya

Rəsmi Moskvaya qarşı ağır sanksiyalar gəlir: Avropa Birliyi ağır məhdudiyyətlər hazırlayır

8 mart / 11:57 1 dəq
Eu russian flags
8 mart / 11:57
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqına (Aİ) daxil olan ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

 

“Qərb Xəbər” məlumat bu barədə “Bloomberg” məlumat yayıb.

Avropa dövlətləri Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa yaxındırlar.

Məlumata görə, yeni sanksiyaların bəziləri bu gün – martın 8-də tətbiq oluna bilər.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliyanın baş naziri Mario Draqi ilə yeni sanksiyalar paketini müzakirə edəcək.

“Biz sanksiyaların təsirinin maksimuma çatdığına əmin olmalıyıq. Kremlin mülki əhaliyə qarşı ehtiyatsızlığını nəzərə alaraq, yeni sanksiyalar qaçılmazdır”, – Ursula fon der Leyen bildirib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər