Rus polkovnik Ukrayna döyüşlərində öldürüldü – MOSKVA ÜÇÜN AĞIR İTKİ
Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməliyyat zamanı rusiyalı polkovnik Viktor İsaykin dünyasını dəyişib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə məlumatı Rusiyanın tərkibində olan Mordoviya Respublikasının rəhbəri Artem Zdunov açıqlayıb.
Onun sözlərinə görə, 40 yaşlı İsaykin Rusiya ordusunun tərkibində Ukraynaya yollanıb. / “Qafqazinfo”




