Qazaxda kənd yolları bərpa olunur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində görülən işlər davam etdirilir.
Dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən, Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu da əsaslı şəkildə təmir olunur. IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hissəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 m-dir.
Çaylı kənd sakinlərinin “Qərb Xəbər”ə verdiyi məlumata görə., onlar uzun müddət köhnə, çala-çuxurlu yoldan istifadə etmək məcburiyyətində qalıblar.





