Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Avropa İttifaqı ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib. “Qərb xəbər” TASS-a istinadən məlumat verir ki, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.Bundan başqa Aİ, Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb. Habelə, Rusiyanın dövlət borcuna qarşı sanksiyalar tətbiq edilib, onun Aİ-nin kapital və maliyyə bazarlarına çıxışı məhdudlaşdırılıb. Qeyd edək ki, bu ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.




