Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
QHT Xəbər

“Qarabağ Media İnkubatoru” yekunlaşıb – Foto

8 fevral / 15:12 2 dəq
Qarabağ İnkubatoru layihəsi
8 fevral / 15:12
Burada sizin reklamınız ola bilər

Bərdədə dekabr ayından icrasına başlanan “Qarabağ Media İnkubatoru” layihəsi başa çatıb.

“Qərb Xəbər”in məlumatına görə, “Qarabağ Media İnkubatoru” layihəsi fevralın 5-də müsabiqə qaliblərinin mükafatlandırılması və layihə iştirakçılarının sertifikatlandırılması ilə başa çatdı.

Layihə müddətində yazı, məqalə, foto və video jurnalistika və media hüququ sahəsində peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərin yekununda ən yaxşı foto, məqalə və video jurnalistika materialı nominasiyaları üzrə müsabiqə elan edilib eyni zamanda təlimlər bitdikdən sonra iştirakçılar Gəncədə fəaliyyət göstərən regional Kəpəz TV-yə səfər ediblər.

Qeyd edək ki, layihə rəhbəri Namaz Kərimovun bildirdiyi kimi, yazı və ya məqalə, foto və video jurnalistika sahəsində təlimlərin keçirilməsi planlaşdırılan layihənin məqsədi 2 ay müddətində praktik seminarlar vasitəsilə Bərdə, Tərtər, Agdam və Yevlax rayonlarından online media sahəsində çalışan 15 nəfərin məqalə, foto və video xəbər hazırlamaq bacarıqlarının artırılmasına töhvə verməkdir.

“Son dövrlər ölkədə, o cümlədən regionlarda media sahəsində bir sıra fiziki və hüquqi şəxslər fəaliyyət göstərməyə başlayıblar. Ancaq onların fəaliyyətini əngəlləyən bir sıra amillər var ki, bunlardan biri də bu sahədə çalışan insanların bilik və bacarıqlarının kifayət qədər olmamasıdır”, – deyən layihə rəhbəri, eyni zamanda bildirib ki, bu, regionlardan yayımlanan xəbərlərin, işıqlandırılan problemlərin ictimailəşməsinə əngəllər yaradır.

Xatırladaq ki, layihədə 15 nəfər jurnalistika sahəsində çalışan və jurnalistikaya həvəsi olan şəxslər iştirak ediblər.

WhatsApp Image 2022-02-06 at 12.50.55 PM (1)WhatsApp Image 2022-02-06 at 12.50.56 PMWhatsApp Image 2022-02-06 at 12.50.58 PMWhatsApp Image 2022-02-06 at 2.52.08 PM

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı