Bölgə xəbərləri

Qazaxda “Bir müəllimin manifesti” proqramı davam edir

6 fevral / 10:09 2 dəq
ADA-nın loqosu
6 fevral / 10:09
Burada sizin reklamınız ola bilər

ADA Universiteti 2021-ci ilin may ayından Qazaxda “Bir müəllimin manifesti” proqramına start verib. 

Qərb Xəbər“in məlumatına görə, proqram çərçivəsində ADA Universiteti tərəfindən 1918-ci ildə Qazaxda fəaliyyətə başlamış Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpasına başlanılıb və gələn tədris ilinə ADA-nın Qazax Mərkəzi olaraq istifadə verilməsi nəzərdə tutulur.  

2022-2023-cü tədris ilindən ADA Universiteti Azərbaycan dilində 2 yeni magistr ixtisası təklif edir: 

  1. Təhsil üzrə menecment( təhsil müəssisələrinin idarəedicilərin hazırlanması) 
  2. 2.Təlim və tədrisin təşkili metodikası(müəllim hazırlığı). 

Bu ixtisaslar əyani və distant formada Bakıda ADA Universitetinin əsas binasında, həm də ADA Universitetinin Qazax Mərkəzində tədris olunacaq. İxtisaslara qəbul DİM-in Magistraturaya qəbul imtahanları qaydaları üzrə həyata keçiriləcək. Keçid üçün 45 bal tələb olunur, fənnlər üzrə bal məhdudiyyəti qoyulmur. Təhsil ödənişlidir.  

Elektron ərizə formasını doldurmaq üçün www.ada.edu.az/apply linkindən istifadə  edə bilərsiz. İmtahan 20 fevral tarixində baş tutacaq. DİM-in imtahan qeydiyyatı 01-10 fevral tarixlərində olacaq. May ayında isə İkinci imtahan şansı gözlənilir.

Bunun üçün DİM-in qeydiyyat saytını izləməyinizi tövsiyyə edirik. Əlavə məlumat üçün 051 207 10 10 nömrəsinə müraciət edə bilərsiniz.

Paylaş
Burada sizin reklamınız ola bilər