İqtisadiyyat

“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edəcək

10 may / 14:28 1 dəq
4588e6e3 9097 46c1 99b5 130b3577eb32
10 may / 14:28
Burada sizin reklamınız ola bilər

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.

“Azərsu” ASC-dən verilən məlumata görə, qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər