Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Zəngəzur yollarında hazırda vəziyyət necədir?

16 noyabr / 12:16 2 dəq
1637044171 untitled
16 noyabr / 12:16
Burada sizin reklamınız ola bilər

Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra isə Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub. 

Qafqazinfo-nun məlumatına görə, sözügedən tədbirlər nəticəsində Zəngəzur bölgəsindən 6 erməni kəndi təcrid vəziyyətində qalıb. Bunlar Çakaten, Sraşen, Şikaox, Nerkin And, Çav və Şişkert kəndləridir.

Ermənistan mediası yazır ki, hazırda bu kəndlərə Qafan-Mehri dövlətlərarası avtomobil yolu ilə getmək mümkün deyil. Oraya yalnız uzun dolama yol qət edərək getmək mümkündür.

Bütün bunlar isə ölkənin Baş naziri Nikol Paşinyanın “Zəngəzur Dəhlizi” anlayışından nə dərəcədə qorxmasından irəli gəlir.

Xatırladaq ki, Nikol Paşinyan bir neçə gün əvvəl hökumətin iclasında Azərbaycan tərəfinin Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmasına münasibət bildirib. Paşinyan qeyd edib ki, erməni tərəfi sözügedən yollardan heç bir maneəsiz istifadə edə bilsə, bu, “dəhliz məntiqi”nə uyğun olardı. Hansı ki, onun sözlərinə görə, Ermənistan üçün qəbuledilməzdir. Bu isə o deməkdir ki, belə olduğu təqdirdə Azərbaycan da Naxçıvana rahatlıqla hərəkət imkanı əldə etmiş olardı.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı