Tovuzda məktəblini avtomobil vurub
Tovuz rayonunda 9 yaşlı məktəblini avtomobil vurub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib.
Nəticədə kənd sakini, R.Sadıqov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




