Dmitri Peskov: Rusiya və Azərbaycanın tərəfdaşlığı və müttəfiqliyi davam etməlidir
Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir.
“Moskva Bakı ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qalmaq istəyir və hesab edir ki, bütün fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir. Biz əvvəlki kimi hesab edirik ki, məntiq yalnız bir şeydən danışır: Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq ölkələrdir və belə də qalmalıdırlar. Yaranan problemlər, şübhəsiz ki, konstruktiv şəkildə həll edilməlidir. Bu, bizim ikitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun gəlməlidir”, – Kremlin rəsmi nümayəndəsi vurğulayıb.



