Kateqoriyasız

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə başlayıb

2 sentyabr / 15:44 1 dəq
3dbbd5ce 3033 333a a8ee a3762578349d
2 sentyabr / 15:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər