Siyasət

Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyəti yoxlanıb

8 may / 12:47 1 dəq
3f0801cd 93d9 48d7 8f5a cb8dea2beb3b
8 may / 12:47
Burada sizin reklamınız ola bilər

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. 

Bu barədə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

Paylaş
Burada sizin reklamınız ola bilər