Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Şəmkirdə baş verən yol qəzası ilə bağlı rəsmi açıqlama

15 iyul / 12:25 2 dəq
13e245e6 68e4 38a3 a72e 26cf138dec29
15 iyul / 12:25
Burada sizin reklamınız ola bilər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarənin yaydığı rəsmi məlumatda deyilir:

“İyulun 14-də saat 23:37 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü km-də sürücü Şəmkir rayon sakini 10.05.1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun idarə etdiyi QAZ 3110 markalı, 20-EX-453 dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Ağstafa rayon sakini 23.03.1988-ci il təvəllüdlü Məmmədov Şahin Siyavuş oğlunun idarə etdiyi QAZ 33021 markalı, 44-BT-184 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində QAZ 3110 markalı avtomobilin sürücüsü R.Məmmədov, həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakinləri 05.08.1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu və 24.02.1964-cü il təvəllüdlü Cəfərov Bəhman Salman oğlu aldıqları xəsarətlərdən ölüb, QAZ 33021 markalı yük avtomobilinin sürücüsü Ş.Məmmədov və sərnişini Ağstafa rayon sakini 23.07.1974-cü il təvəllüdlü Bayramov Ədalət Cəlal oğlu xəsarət alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına daxil olublar”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı