Sosial

“WhatsApp” istifadəçilərin şəxsi məlumatlarını “Facebook”da paylaşacaq

8 yanvar / 14:02 1 dəq
Ff9bb846 7254 33ff 8ebb 02fcd39161b3
8 yanvar / 14:02
Burada sizin reklamınız ola bilər

“WhatsApp” messencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndə görə istifadəçi öz şəxsi məlumatlarını “Facebook” şirkətinə təqdim etməlidir.

Reportun xəbərinə görə, yeni bəndə görə “Facebook” şirkətinin bir parçası olan “WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin “bütün əlavələr ailəsi”lə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.

Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.

Paylaş
Burada sizin reklamınız ola bilər