Avropa Parlamenti Avropa Birliyinə üzv dövlətlərə Ukraynaya üzvlüyə namizəd statusunun verilməsi üzərində işləməyi tövsiyə edən qətnaməni təsdiqləyib.
“Qərb Xəbər” məlumat verir ki, qətnamənin lehinə 637 deputat, əleyhinə 13 deputat səs verib, 26 deputat isə bitərəf qalıb.
Tarixi səsvermədən sonra rəsmi Kiyevin quruma üzv olma prosesi sürətlənib.