Sabaha yağış gözlənilir
Sabah Azərbaycan ərazisində gözlənilən hava şəriatini açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, dekabrın 16-da rayonlarda bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.




