Siyasət

Saqiyan bələdiyyəsinin adı dəyişdirilir

15 dekabr / 12:07 1 dəq
Acfd6049 f3b8 3a07 9855 8ccd004291a9
15 dekabr / 12:07
Burada sizin reklamınız ola bilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qərb Xəbər”in məlumatına görə, qanuna təklif edilən dəyişikliklə bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər