Kateqoriyasız

“Qarabağın məşhur müəllimləri” – Mirzə Salah bəy Zöhrabbəyov

10 dekabr / 12:10 1 dəq
Fd722c46 2d15 3d0f 97ea d38604b018be
10 dekabr / 12:10
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyovdur.

“Qərb Xəbər”in məlumatına görə, o, 1859-cu ildə Şuşa şəhərində anadan olub.

Fransada təhsil aldıqdan sonra Rusiyaya gəlib və Sankt-Peterburq şəhərində təhsilini davam etdirib. Sonra Şuşaya qayıdıb, öz vəsaiti hesabına məktəb tikdirib və həmin məktəbdə rus dili dərsini deməyə başlayıb, “Azərbaycanlılar üçün rus dilinin tədrisi” dərs vəsaitini yazıb. Bir müddət isə Şuşa realnı məktəbində müəllim işləyib.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər