Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Qarabağın məşhur müəllimləri” – Ceyhun Hacıbəyli

17 noyabr / 15:20 2 dəq
2ea6d716 768f 3e84 a2cb 892c6081453c
17 noyabr / 15:20
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir.

“Qərb Xəbər”in, ədəbiyyatımız, tariximiz, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub.

O, 1908-ci ildə Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərib. Onun XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox maarifçiliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib.

Azərbaycanın azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməyib, həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr edib. Mətbuat tariximizin nəhəng simalarından olan Ceyhun Hacıbəyli mətbuatın ictimai rolu və faydasına mühüm əhəmiyyət verərək deyirdi: “Mətbuat xəlayiqin səsi və rəyidir”. O, cəmiyyətin mütaliə həvəsini ümumxalq maarifçiliyinin əsası kimi qiymətləndirirdi.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı