Kateqoriyasız

Azərbaycanda 1346 yeni yoluxma qeydə alınıb

10 noyabr / 17:29 1 dəq
9d8fb64a b43f 343b a5bb 45c1c5b427dc
10 noyabr / 17:29
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 67 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16 516 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 592, ötən müddət ərzində isə ümumilikdə 1 457 177 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər