Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Baş infeksionist əhaliyə müraciət edib

23 oktyabr / 11:43 3 dəq
900a3c2d 1bc1 3a0e acf4 08f68d6ca8ad
23 oktyabr / 11:43
Burada sizin reklamınız ola bilər

Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların Ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbiçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:

“Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın olar. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu, baş verməsin, kütləvi hal almasın. Çünki bu məsələ müharibə vəziyyətində olan Ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri son nəticədə Qarabağda qələbəmizi yaxınlaşdırır”.

T.Eyvazov hesab edir ki, arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır:

“Yəni maskadan düzgün istifadə olunması, sosial məsafənin gözlənilməsi, asqırdıqda, öskürdükdə burun və ağzın örtülməsi, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq, əllərin gigiyenası, xəstəlik əlamətlərini hiss özündə etdikdə həkimə dərhal müraciət etmək və s. lazımdır”.

“Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Özümüzün, yaxınlarımızın qayğısına qalaq, problemə qarşı birgə mübarizə edək. Buna öz nizam-intizamımız ilə nail olmaq mümkündür. Belə kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Belə ki, hamı üçün əsas tövsiyə insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bundan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək-birlikdə güclü olaq! Koronavirusa qalib gələk!”, – baş infeksionist qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı