Kateqoriyasız

Gəncə terroruna məruz qalanlar evlə təmin ediləcək

19 oktyabr / 14:40 1 dəq
236c8120 6e87 37b2 a27e b320aa0e0c66
19 oktyabr / 14:40
Burada sizin reklamınız ola bilər

“Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək.”

“Report”un məlumatına görə, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oktyabrın 17 də Ermənilərin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarla görüş zamanı bildirib.

“Dağılmış bütün evlərin əvəzinə yeni evlər veriləcək, kimin nə problemi varsa, bildirsin. Bu hadisələr, zərər çəkən hər bir şəxs Prezidentimizin, I vitse prezidentimizin diqqətindədir.”

Qeyd edək ki, oktyabrın 17 də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə ərazisinə atılan raket nəticəsində bir neçə ev tamamilə dağılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər