Kateqoriyasız

Azərbaycan MN: Su-25 təyyarəsi havaya qaldırılmayıb

14 oktyabr / 11:28 1 dəq
D6197272 0769 313c ba36 bf30dbe47641
14 oktyabr / 11:28
Burada sizin reklamınız ola bilər

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni tərəfinin iddiasına münasibət bildirib.

MN Mətbuat Xidmətinin açıqlamasında deyilir:

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər