Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Peşə təhsili üzrə nəticələr elan olunur

9 oktyabr / 11:41 2 dəq
5708bfc4 ebfa 3800 9fcf 0f9a39a1b1f1
9 oktyabr / 11:41
Burada sizin reklamınız ola bilər

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ümumilikdə 2091 elektron müraciət daxil olub.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, elektron müraciətin nəticəsi və müsahibə mərhələsinə dəvət barədə məlumat oktyabrın 15-dək namizədlərin “Şəxsi kabineti”ndə mərhələli qaydada yerləşdiriləcək.

Növbəti həftədən müsahibələrin təşkili, yekun nəticələrin isə oktyabrın sonunadək elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm “Şəxsi kabinet”, həm də telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı namizədin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.

Ümumtəhsil fənn müəllimlərinin seçimi Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları üzrə topladıqları bal əsasında aparılır və vakant yerlərə seçilmiş namizədlər haqqında məlumat “‘Şəxsi kabinet”ə yüklənir. Namizədlər şəxsi kabinetlərini izləyərək nəticələri ilə tanış ola bilərlər. Seçilmiş namizədlərlə telefon vasitəsilə də əlaqə saxlanılacaq. İxtisas müəllimləri və istehsalat təlimi ustaları üzrə müsahibə mərhələsinə keçmiş namizədlər haqqında məlumat isə mərhələli şəkildə “Şəxsi kabinet”ə yerləşdirilir.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı