Bərdədə həyatyanı sahəyə top düşüb
Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir.
Bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verib.
Sentyabrın 30-u günorta saatlarında qarşı tərəf Bərdə rayonunun Xanərəb kəndini də artilleriya atəşinə tutub.
Ermənistan silahlı qüvvələrinin atdığı 3 top mərmisindən 1-i kənd sakini Adışirin Məmmədovun həyətyanı sahəsinə düşüb. Nəticədə 2 inək tələf olub, 1-i yaralanıb. Həmçinin ev quşları da tələf olub.




